REKLAM BANNERİ
İsrailin “Kan 11” telekanalı “Avroviziya” mahnı müsabiqəsinin yarımfinalının yayımı zamanı Ermənistan və Azərbaycanı eyni – Azərbaycan bayrağı altında təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, hadisə İsraildə yaşayan erməni icması arasında ciddi narazılıq doğurub.
Erməni rəsmi dairələri bunu redaksiya səhvi kimi qiymətləndiriblər və məsələ ilə bağlı telekanala müraciət ünvanlayacaqlarını bəyan ediblər.
Əlaqəli xəbər
Zaxarova yayılan videosuna aydınlıq gətirdi
Qeyd edək ki, “Avroviziya 2026″da Azərbaycan və Ermənistan finala keçə bilməyib.

Safura Bənnayeva
Globalinfo.az