neft 11 900x600 1

ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında aparılan danışıqlar fonunda dünya neft bazarında qiymət artımı müşahidə olunub.

Globalinfo.az xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı xam neft üzrə fyuçerslər 13 sent və ya 0.12 faiz artaraq 105.76 ABŞ dollarına yüksəlib.

Eyni zamanda ABŞ-ın WTI markalı xam nefti də 12 sent (0.12 faiz) bahalaşaraq 101.14 dollar səviyyəsinə çatıb.

Analitiklər bu cüzi artımı qlobal siyasi danışıqlara və bazar gözləntilərinə bağlı dəyişkənlik kimi qiymətləndirirlər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: