xamenei

İranın Ali rəhbəri Müctəba Xamenei “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının komandanı Əli Abdullahi ilə görüşdə İran ordusuna rəqiblərin qarşısının alınması ilə bağlı yeni göstərişlər verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Student News Network” məlumat yayıb.

Bildirilir ki, Müctəba Xameneinin tapşırıqları arasında İranın “düşmənlərinə qarşı qətiyyətli müqavimət” məsələsi də yer alıb.

Abdullahi görüş zamanı silahlı qüvvələrin tam şəkildə Xameneiyə sadiq olduğunu və ölkənin suverenliyi ilə milli maraqlarını qorumağa hazır olduqlarını bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: