Kreml Ermənistanın Ukrayna Prezidenti Volodimir Zelenskiyə “anti-Rusiya bəyanatları” üçün platforma verməsini anormal hesab edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, Moskva bu məsələ ilə bağlı İrəvandan izahat gözləyir:
“İstənilən tədbirin keçirilməsi, o cümlədən Avropa İttifaqı ilə sammitin təşkili Ermənistanın tam suveren hüququdur. Ermənistan xarici siyasətdə çoxvektorlu yanaşmaya üstünlük verir”.
Safura Bənnayeva
Globalinfo.az