“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə əlaqə saxlamalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
“Əgər Zelenski danışıqlarda maraqlıdırsa, Putinə zəng etməlidir. Avropanın Rusiya ilə dialoqdan imtina etməsi səhv addımdır. Avropadan yalnız müharibəyə dəstək mesajı gəlir və Slovakiya bu prosesdə iştirak etməyəcək ”, – o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az