
REKLAM BANNERİ
Tehranın “Əmr Bə Məruf” qərargahının katibi Ruhullah Möminnəsəb ölkədə internet məhdudiyyətləri ilə bağlı sərt açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Möminnəsən bildirib ki, İran ordusu Hörmüz boğazını və ölkənin quru, hava və dəniz sərhədlərini düşmənlərə qarşı qoruduğu halda, virtual məkanın nəzarətsiz şəkildə xarici qüvvələrin ixtiyarına verilməsi qəbuledilməzdir.
Əlaqəli xəbər
İpoteka ilə bağlı yeni mexanizm gündəmdə – Təkliflər açıqlandı
Möminnəsəb əlavə edib ki, internet və kiberməkan əvvəlki vəziyyətinə qaytarılmamalıdır və bu sahə dövlət təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
“Mərhum ali rəhbər Əli Xamenei qayıtmadığı kimi virtual məkan (internet) da heç bir halda əvvəlki vəziyyətinə qaytarılmamalıdır”, – o, bildirib.
Safura Bənnayeva
Globalinfo.az