Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-dən etibarən məzuniyyətə çıxacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bunu hökumətin iclasında açıqlayıb.
Paşinyanın sözlərinə görə, məzuniyyətə çıxmasının səbəbi seçkiqabağı kampaniyada iştirak etməkdir. Eyni zamanda Paşinyan mayın 9-u Moskvada keçiriləcək paradda iştirak etməyəcəyini də bildirib.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyasına mayın 7-dən start verilir.
Safura Bənnayeva
Globalinfo.az