
Amerikalı məşhur aktrisa Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittə qarşı məhkəmədə qalib gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Bildirilir ki, mayın 5-də hakim Pittin vəkillərinin vəsatətini rədd edib. Həmin vəsatətdə Colidən cütlüyün ortaq şərab zavodu ilə bağlı mübahisə çərçivəsində 22 şəxsi mesajını təqdim etməsi tələb olunurdu.
Colinin vəkilləri isə bildirib ki, bu yazışmalar vəkil-müştəri məxfiliyi ilə qorunur və açıqlana bilməz.
Qeyd edək ki, Ancelina Colinin bir zamanlar Bred Pittlə ortaq sahibi olduğu Château Miraval” şərab zavodundakı payını satması cütlük arasında hüquqi prosedurun başlamasına səbəb olub. Pitt Colinin zavodla bağlı aralarındakı razılaşmanı pozduğunu iddia edib.
Safura Bənnayeva
Globalinfo.az