Rusiya Prezidenti Vladimir Putinin milli azlıqların nümayəndələri ilə görüşündə maraqlı bir epizod yaşanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Pskov linqvistik gimnaziyasıda direktor müavini vəzifəsində çalışan Yelena Variksoo ilə söhbət zamanı dövlət başçısı ona ənənəvi mətbəxdən sual verib. Lakin Variksoo sualı düzgün anlamayıb və məişət avadanlıqları — soyuducu və mikrodalğalı soba haqqında danışmağa başlayıb.
Putin isə zarafatla cavab verərək, hər evdə soyuducu olduğunu qeyd edib və sualın milli mətbəx barədə olduğunu vurğulayıb.
Variksoo bunu gülüşlə qarşılayıb və söhbətin davamında təhsil, yerli layihələrdən də bəhs edib.
Safura Bənnayeva
Globalinfo.az