London ABŞ Prezidenti Donald Trampla Kral III Çarlz arasında Ağ Evdə keçiriləcək görüşün mətbuata qapalı olmasında israr edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, britaniyalı rəsmilər Oval kabinetdə baş tutacaq görüşün mətbuat üçün açıq olmamasını tələb ediblər. Səbəb kimi 2025-ci ilin fevralında Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı yaranmış vəziyyətin təkrarlanmasının qarşısını almaq göstərilib:
“Ağ Ev bu şərtlə razılaşıb. Plan üzrə görüşün əvvəlində Kral və ABŞ Prezidenti kameralar qarşısına çıxacaq, lakin əsas danışıqlar jurnalistlərin iştirakı olmadan keçiriləcək”.
Qeyd edək ki, Zelenski ilə Tramp arasında Ağ Evdə keçirilən görüşdə Ukrayna liderinə kobud münasibət sərgilənmişdi.
Safura Bənnayeva
Globalinfo.az