
ABŞ-ın Hörmüz boğazı üzərində blokadanı davam etdirməsi ölkə üçün ciddi nəticələr doğura bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Ağ Ev hərbi qüvvələrin blokadanı lazım olduğu qədər davam etdirə biləcəyini bəyan etsə də, mütəxəssislər uzunmüddətli məhdudiyyətlərin baha başa gələ biləcəyini vurğulayır.
Onların fikrincə, neft çatışmazlığı qlobal iqtisadiyyatda tənəzzül riskini artırmaqla yanaşı, genişmiqyaslı hərbi əməliyyatların maliyyə və resurs yükünü də yüksəldir.
Qeyd olunur ki, prosesə minlərlə amerikalı hərbçi – dənizçilər, dəniz piyadaları və pilotlar cəlb oluna bilər ki, bu da əlavə yük yaradır.
Safura Bənnayeva
Globalinfo.az