69df70aac51ca69df70aac51cb177625105069df70aac51c869df70aac51c9

ABŞİran arasında aparılan danışıqların davam etdirilməsi üçün mövcud atəşkəs rejiminin uzadılması istiqamətində ilkin razılaşma əldə olunub”

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Nəşr yazır ki, tərəflər 22 apreldən sonra da atəşkəsin davam etməsi və bunun diplomatik prosesə əlavə imkan yaratması barədə prinsipial anlaşmaya yaxınlaşıb:

Region rəsmilərinin açıqlamasında qeyd olunur ki, vasitəçilik səylərində irəliləyiş müşahidə edilir və yaxın günlərdə tərəflərin yenidən danışıqlar masasına qayıtması gözlənilir.

Planlaşdırılan uzadılma ən azı iki həftəlik əlavə dövrü əhatə edə bilər və bu müddət ərzində diplomatik müzakirələrin intensivləşdirilməsi hədəflənir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: