imtahan 1

Aprelin 5-də keçirilən 9-cu siniflər üzrə buraxılış imtahanında 8 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə Globalinfo.az-a Dövlət İmtahan Mərkıəzindən məlumat verilib.

Maksimum nəticə göstərən 8 şagirddən 7-si qızdır.

Onların siyahısını təqdim edirik:

1. Səlimova Əsmər İsmayıl qızı – Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-lisey

2. Hüseynov Seymur İlqar oğlu – Gəncə şəhəri, 2 saylı internat tipli xarici dillər təmayüllü gimnaziya

3. Bayramova Dəniz Mahir qızı – Gəncə şəhəri, 17 saylı şəhər orta məktəbi

4. Bayramzadə İnci Tural qızı – Bakı şəhəri, S.C. Pişəvəri adına Humanitar fənlər gimnaziyası

5. Məmmədli İlknur Vüsal qızı – Şəki şəhəri, Kimya biologiya təmayüllü respublika liseyi

6. Cəmilli Aysu Arif qızı – Şəki şəhəri, Kimya biologiya təmayüllü respublika liseyi

7. Hətəmli Səma Dünyamin qızı – Yevlax şəhəri, 5 saylı şəhər orta məktəbi

8.    Babazadə Banu Emil qızı — Bakı şəhəri, 269 saylı orta məktəb

Qeyd edilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.

Paylaş: