Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya mərkəzində baş verən dəhşətli yanğınla bağlı ortaya atılan iddia ciddi müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, hadisədən iki gün öncə “YouTube” platformasında “Əzbər pozan” adlanan bir kanalın efirində Hakan Tunç adlı araşdırmaçı Bolu vilayəti ilə bağlı xüsusi planların olduğunu deyib.
O, Boluda evrənlərarası bir qapının olduğunu və onu Roma Papasının açacağını bildirib:
“Papa Vatikandan sonra keçid açmaq üçün Boluya gedəcək. Orada zəncirlərə vuracaq və bir qapı açacaq. Yox edilişi dayandırmağa çalışacaq. Qapını açıb Mehdini çağırmağa cəhd göstərəcəklər. İsanı da canlandırmağı düşünürlər, bununla məqsər katoliklər, paravaslavlar və protestantları bir araya gətirməkdir. Hataydan sonra Boluda açıqlacaq qapı sayca 7-ci olacaq.
Qeyd edək ki, Türkiyədə baş verən dəhşətli yanğın nəticəsində 78 nəfərin öldüyü açıqlanıb.
Əliyar Xəlil
Globalinfo.az














