HCzfDhlbAAEd3 n

Dubay beynəlxalq hava limanı yaxınlığında pilotsuz uçuş aparatının hücumundan sonra yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Hökumət orqanlarının məlumatına görə, hadisə nəticəsində hava limanı ərazisinə yaxın yerləşən yanacaq çənlərindən biri alışıb:

“Hadisə yerinə mülki müdafiə bölmələri göndərilib və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Məsələ ilə əlaqədar hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb. Uçuşların nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilməyib”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: