
Xamenei ilə vida mərasiminin təxirə düşməsinin səbəbi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Tehran vilayətinin İslam Təbliğatının Koordinasiya Şurası məlumat yayıb.
İranın hər yerindən çoxsaylı müraciətlərin edilməsi, xalqın böyük hissəsinin iştirakını təmin etmək zərurəti, həmçinin mərasim üçün lazımi infrastrukturun hazırlanması səbəbindən Xamenei ilə vida mərasimi təxirə düşüb.
Bildirilib ki, vida mərasimin keçirilməsi üçün şərait hazır olan kimi İslam Təbliğatının Koordinasiya Şurası çağırış bəyanatını yayımlayacaq.
***15:06
İranın sabiq ali lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi ertələnib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Ayətullahla vida mərasiminin keçirilməsinin üçün tərtib olunan cədvəldə dəyişiklik edilib.
Bildirilir ki, tədbirin vaxtı və təşkili barədə əlavə məlumat yaxın günlərdə paylaşılacaq.
Qeyd edək ki, mərasimdən sonra yeni Ayətullahın seçilməsi planlanır.
Safura Bənnayeva
Globalinfo.az