Netanyahu sad 900x600 2

İsrail Baş naziri Benyamin Netanyahunun ofisində şübhəli zərf tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, zərf İsrail polisinin ekspert laboratoriyasının əməkdaşları tərəfindən yerində yoxlanılıb və partlayıcı maddə ehtimalı istisna edilib.

Daha sonra zərf Ness Ziona şəhərindəki bioloji laboratoriyaya göndərilib.

Qeyd edilib iki, zərfin yoxlanılması zamanı şübhəli əlamətlər müşahidə olunub.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: