Erməni katalikos II Qareginin qohumu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyan ev dustaqlığına buraxılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Ara Zöhrabyan məlumat yayıb.
“Mkrtıç Proşyan həbsdən azad edilib. Məhkəmə müvafiq qərarı bu gün qəbul edib”, – o bildirib.
Qeyd edək ki, yepiskop Mkrtıç Proşyan 2025-ci il oktyabrın 16-dan iki ay müddətinə həbs olunub, daha sonra həbs müddəti əlavə iki ay uzadılıb.
Safura Bənnayeva
Globalinfo.az