Almaniyanın sabiq kansleri Angela Merkelin yeni prezidenti olacağı iddia edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
“Almaniya kansleri Fridrix Merzin yaxın çevrəsində Merkelin prezidentliyə namizədliyi ilə bağlı şayiələr yayılıb. Merkelin 2027-ci ildə prezident seçilməsi istisna edilmir, çünki o hələ də böyük nüfuza malikdir”, – məlumatda bildirilib.
Bu xəbərlərdən sonra Merkelin sözçüsü həmin iddiaları təkzib edib.
“Bəzi media orqanları tərəfindən yayılan məlumatlar sadəcə absurddur”, – o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az