ermeni ordusu 1312

“Son günlərdə polkovniklərin ordudan könüllü şəkildə istefası halları müşahidə olunur”. 

Globalinfo.az xəbər verir ki, bunu hərbi hissələrə baş çəkən erməni keşiş Trdat Gevorqyan deyib.

O, orduda vəziyyətin gərgin olduğunu deyib:

“Ard-arda istefalar var, polkovniklər xidmətə davam etmək istəmədiklərini bildirirlər. İstefa verənlərdən bəzilərinin hərbi hissələrə girişi qadağan edilib. Onlara hətta geyimləri və qalan əşyalarını da götürməyə icazə vermirlər”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: