vladimir alekseyev

Rusiyanın QRU kimi tanınan Baş Kəşfiyyat İdarəsində ikinci şəxs sayılan general Moskvada güllələnərək yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, 6 fevralda hələlik şəxsiyyəti müəyyən edilməmiş şəxs general-leytenanta atəş açaraq hadisə yerindən qaçıb.

Hadisə sui-qəsd kimi dəyərləndirilir. Komitə silahlıların hadisə yerindən qaçdığını bildirir.

General Moskva xəstəxanalarından birinə yerləşdirilib, onun vəziyyəti barədə məlumat verilməyib. 

Alekseyev QRU-nun komandan müavinidir. Müdafiə Nazirliyinin bu kəşfiyyat qurumu diversiya, sui-qəsd, casusluq və kiberhücumlar ilə ad çıxarıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: