mask

Fransa polisi amerikalı milyarder Elon Maska məxsus “X” sosial media şəbəkəsinin ofisində axtarış aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat verib.

Bildirilir ki, axtarış və Maskın istintaqa çağırılması “X” platformasında alqoritmlərdən sui-istifadə və saxta məlumatların əldə olunması ilə bağlı bir ildir davam edən araşdırma ilə əlaqəlidir:

“Paris prokurorluğu platforma ilə bağlı genişlənən istintaq çərçivəsində Maskın aprel ayında dindirilməsini tələb edib. İstintaq şirkətin özü və ya onun rəhbər şəxsləri tərəfindən mümkün qanun pozuntularını əhatə edir”.

Qeyd olunur ki, “X” şirkəti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: