
İranın sabiq prezidenti Məhəmməd Xatəmi ölkədəki xalq etirazlarını “böyük və planlaşdırılmış sui-qəsd” kimi qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, Xatəmi bununla bağlı yaydığı bəyanatda qeyd edib.
“İsrail rəsmilərinin bəyanatları və ABŞ-ın dəstəyi İran əleyhinə böyük və planlaşdırılmış bir sui-qəsdin formalaşdığına şübhə hissi qoymur”, – o deyib.
Xatəmi Prezident Məsud Pezeşkianın hökumətinə dəstək verdiyini bildirib.
Safura Bənnayeva
Globalinfo.az