75502194 906

İki şəxs Almaniyanın paytaxtı Berlindəki İran səfirliyində İran bayrağını endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” nəşrinə Almaniya polisi məlumat verib.

Bildirilib ki, 28 və 33 yaşlı şəxslər bayrağı endirdikdən sonra tarixi İran bayrağını qaldırmağa cəhd ediblər.

Onlar səfirliyi tərk etmədikləri üçün mühafizəçilər bibər qazından istifadə ediblər.

Qeyd olunur ki, 1979-cu il İslam İnqilabından sonra ləğv edilmiş həmin bayraqda arxasında günəş, əlində qılınc tutan aslan təsviri yer alır.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: