iran etiraz 42

İranda davam edən etirazlara görə ölənlərin sayı 36-ya çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

“Bu müddət ərzində ölkənin 31 əyalətindən 27-də keçirilən aksiyalar zamanı 34 etirazçı və hüquq-mühafizə orqanlarına mənsub 2 nəfər həyatını itirib. Ölkə üzrə ümumilikdə 285 nöqtədə baş verən etirazlarda onlarla insan yaralanıb, 2 min 76 nəfər isə saxlanılıb”, – deyə bildirilib.

Etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verilməyib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: