Venesueladakı müvəqqəti hakimiyyət orqanları ABŞ-a 30-50 milyon barel arasında sanksiyalı neftin bazar qiymətinə satılması barədə razılığa gəliblər.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
“Bunu elan etməkdən məmnunam. Sözügedən neft bazar qiymətinə satılacaq. Bu pulu mən idarə edəcəm ki, onun Venesuela və ABŞ xalqlarının xeyrinə istifadə olunmasını təmin edim!”, – deyə o əlavə edib.
Tramp bildirib ki, enerji katibi Kris Raytdan planı “dərhal” icra etməsi, neftin saxlama gəmiləri ilə birbaşa ABŞ-ın boşaltma limanlarına daşınması xahiş olunub.
Safura Bənnayeva
Globalinfo.az