
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yalovada İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 3 polis əməkdaşının həlak olmasından danışıb.
Globalinfo.az xəbər verir ki, o, sosial media hesabında bununla bağlı paylaşım edib.
“Bu gün səhər Yalovada terror təşkilatı İŞİD-ə qarşı həyata keçirilən əməliyyat zamanı şəhid olan qəhrəman polis əməkdaşlarımıza Uca Allahdan rəhmət diləyir, ailələrinə səbir, Polis Təşkilatımıza, ölkəmizə və millətimizə başsağlığı verirəm. Yaralanan polis əməkdaşlarımıza Rəbbimdən tezliklə şəfa diləyirəm. Xalqımızın huzuruna və dövlətimizin təhlükəsizliyinə qəsd edən qanlı canilərlə mübarizəmizi ölkə daxilində və xaricində qətiyyətli, çoxşaxəli və güzəştsiz şəkildə davam etdirəcəyik. Allah şəhidlərimizin ruhunu şad, məkanlarını cənnət etsin”.
Safura Bənnayeva
Globalinfo.az