
“Ukrayna Prezidenti Volodimir Zelenski hamı üçün itirilmiş bir insandır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
O, Ukrayna liderinin prezident seçkilərinə hazır olmadığını iddia edib:
“Zelenski sadəcə vaxt qzanmaq istəyir ki, sülh sazişi baş tutmasın və Qərbi Avropaya hələ nəsə edə bildiyini sübut etməyə çalışsın. Onu buna müharibəni qızışdıranlar və təhrik edən avropalılar sövq edir: “Döz, biz səninləyik, səni dəstəkləyəcəyik”, – deyirlər. Amma belə bir şey yoxdur… Onun sözlərini ciddi qəbul etmək olmaz”.
Safura Bənnayeva
Globalinfo.az