70-dən çox Azərbaycan vətəndaşı İsraildən Bakıya yola salındı

Bir qrup Azərbaycan vətəndaşı İsraildən Bakıya yola salınıb.

Bu barədə Globalinfo.az-a Azərbaycanın İsraildəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, 12-13 oktyabr tarixlərində Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakı şəhərinə yola salınıb.

Vətəndaş müraciətləri üçün səfirliyin əlaqə vasitələri aşağıdakı kimidir:

[email protected]
+972 50 356 95 82