korpe1

Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.

Globalinfo.az-ın xəbərinə görə, “Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib.

Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Paylaş: