lavrov 00

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın təklif etdiyi ilkin sülh planının yeddi bəndini rədd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Söhbət aşağıdakı bəndlərdən gedir:

  • Zaporojye və Xerson vilayətlərində mövcud təmas xəttinin dondurulması;

  • Zaporojye Atom Elektrik Stansiyasının Rusiyanın deyil, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında yenidən işə salınması;

  • NATO-nun daha da genişlənməsini dayandırması tələbi — yəni 1997-ci il sərhədlərinə qayıtması tələbindən imtina edilməsi;

  • Avropa qırıcılarının Polşada yerləşdirilməsinə icazə verilməsi;

  • Ukraynaya etibarlı təhlükəsizlik təminatlarının verilməsi;

  • Ukraynanın suverenliyinin təsdiqlənməsi;

  • Ukraynada müvafiq qanunların hazırlanması üçün dini azlıqların müdafiəsinə dair Aİ normalarının zəruri əsas kimi qəbul edilməsi”,-məlumatda qeyd edilib.

    Safura Bənnayeva
    Globalinfo.az 

Paylaş: