owl detail 620 84e2a7e790eca02508db955bff30c5bc

Rusiya Silahlı Qüvvələri Ukraynaya verilmiş bir neçə qərb texnikasını, o cümlədən “Stryker” və “Spartan” zirehli transporterlərini (BTR) məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Adı çəkilən ilk BTR ABŞ-da istehsal olunur, ikincisi isə Böyük Britaniyadandır. Həmçinin Ukrayna Silahlı Qüvvələri Kanada zirehli maşın “Senator”u Rusiya qüvvələrinə qarşı istifadə edib. Onun xarici görünüşü futuristik olduğundan “apokalipsis maşını” ləqəbi ilə tanınır”, – məlumatda qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: