
Ermənistanda məhkəmə Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Arsen Babayan məlumat yayıb.
Vəkil qeyd edib ki, bu qərar birbaşa baş nazir Nikol Paşinyanın göstərişi ilə verilib.
“Hər kəs belə bir hadisənin yaşanacağını gözləyirdi. Bununla mübarizənin yeganə yolu hakimiyyət dəyişikliyidir, başqa yol yoxdur”, – Babayan bildirib.
Safura Bənnayeva
Globalinfo.az