69302a835581569302a8355816176476429169302a835581369302a8355814

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və NATO-nun Baş katibi Mark Rutte Brüsseldə görüşüb.

Globalinfo.az xəbər verir ki, Sibiqa bu barədə “X” hesabında paylaşım edib.

“Mən NATO Baş katibi ilə müharibəyə son qoymaq üçün növbəti addımlarımız barəsində danışdım. Həmçinin sülh səylərimizdə son yeniliklərlə bağlı məlumatları bölüşdüm.

Biz Ukraynanın müdafiəsinin gücləndirilməsi yollarını və Rusiyaya təzyiqin artırılmasını müzakirə etdik. NATO-ya və üzv ölkələrə göstərdikləri dəstəyə görə minnətdaram”, – o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: