
Ukraynanın Prezident Aparatının keçmiş rəhbəri Andrey Yermaka qarşı cinayət işi açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin Hərbi-Mülki Administrasiyasının Daxili İşlər İdarəsi məlumat yayıb.
“O, müharibənin planlaşdırılmasında, hazırlanmasında, başlanmasında, aparılmasında, o cümlədən qadağan olunmuş vasitə və metodlardan istifadəyə köməklik göstərməkdə şübhəli bilinir”, – deyə bildirilib.
Qeyd edək ki, noyabrın 28-də A.Yermak evində korrupsiya şübhəsi ilə axtarış aparıldıqdan sonra istefa ərizəsi verib. Prezident Volodimir Zelenski onu vəzifəsindən azad etmək barədə fərman imzalayıb.
Safura Bənnayeva
Globalinfo.az