
İsrailin Baş naziri Benyamin Netanyahu vəkili vasitəsilə ölkə Prezidenti İsaak Hersoqa əfv olunması barədə müraciət göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.
“O, bunu korrupsiyada şübhəli bilinərək istintaq altında olduğu bir vaxtda edib. Lazımi rəylər alındıqdan sonra prezident müraciəti məsuliyyətlə və vicdanla nəzərdən keçirəcək”, – deyə bildirilib.
Bundan əvvəl Netanyahu və onun həyat yoldaşının 260 min dollardan çox rüşvət almaqda ittiham olunduğu barədə məlumat yayılmışdı.
İddiaya görə baş nazirə siyasi himayə müqabilində zinət əşyaları, siqarlar və şampan verilib.
Safura Bənnayeva
Globalinfo.az