“ABŞ-a gələn minlərlə əfqan milli təhlükəsizlik üçün risk yaradır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.
Nəşr yazır ki, 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra ölkəyə gətirilən əfqanların 5 mindən çoxu ABŞ milli təhlükəsizliyi üçün potensial risk kimi qiymətləndirilib:
“Ümumilikdə 6868 nəfərin profili narahatlıq doğurub: onların 5005-i milli təhlükəsizlik, 956-sı ictimai təhlükəsizlik, 876-sı isə fırıldaqçılıq riskləri ilə əlaqələndirilib.
ABŞ hüquq-mühafizə orqanları şübhələrin çoxunu sonradan aradan qaldırsa da, sentyabr ayına olan məlumata görə, 885 nəfər hələ də potensial təhlükə hesab olunur”.
Nəşr xatırladır ki, ABŞ qoşunlarının çıxarılması zamanı təxliyə proqramı ilə 70 mindən çox əfqan ölkəyə gətirilib.
Safura Bənnayeva
Globalinfo.az