1764232989594504 6QN qcCZ

2022-ci ildə Krım körpüsündə terror aktı törətməkdə təqsirləndirilən 8 nəfər ömürlük həbsə məhkum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məhkəmə həmçinin 8 müttəhimi terror hücumundan zərər çəkmiş şirkətlərə və şəxslərə 7 milyard rubl təzminat ödəməyə məcbur edib.

Müttəhimlər kürsüsündə Artem Azatyan, Georgi Azatyan, Oleq Antipov, Aleksandr Bylin, Vladimir Zloba, Dmitri Tyazhelıx, Roman Solomko və Artur Terçanyan var.

Siyahıdakılardan 3-ü Ermənistan vətəndaşlarıdır. 

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: