zengezur mehri

“TRİPP” layihəsində (Zəngəzur dəhlizi – red.) Rusiya şirkətlərinin yer alacağı ilə bağlı məlumatlardan xəbərsizəm”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

Nazir müavini qeyd edib ki, müzakirələr ABŞ tərəfi ilə davam edir və başqa təfərrüat yoxdur.

Səfəryan “bu şirkətin Türkiyədən seçilməsi istisna edilirmi və Ermənistanın mövqeyi nədir” sualına konkret cavab verməyib:

“Bu, qəbul ediləcək qərarlarda öz əksini tapacaq. Həmin şirkətlərin seçimi hər iki tərəfin maraqlarına cavab verməlidir və ilk növbədə ortaq bir şirkət yaradılmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: