Rusiyadan Polşaya hücum iddiasına reaksiya

Rusiyadan Polşaya hücum iddiasına reaksiya

 Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Svetlana Jurova Polşanın dəmiryolunda partlayışa görə Rusiyanı ittiham etməsinə cavab verib.

Globalinfo.az xəbər verir ki, o, Varşavanın iddiasını dolayı yolla təkzib edib.

“Təəssüf ki, onlar daim bizim haqqımızda danışacaqlar. Onların mövqeyi budur — hər şeydə bizi günahkar sayırlar və heç kim real araşdırma aparmaq niyyətində deyil. İstəyirlər ki, insanlar sadəcə onların dediyinə inanıb, bununla kifayətlənsinlər”, – S.Jurova qeyd edib.

Deputatın sözlərinə görə, Qərb anti-Rusiya isteriyasını daha da qızışdırmaq üçün belə bəyanatlar verir:

“Onların heç bir sübuta ehtiyacı yoxdur. Əsas odur, xəbər yayılıb, sonra təkzib etsə də, təəssüf ki, heç kim oxumayacaq”.

Qeyd edək ki, ötən gün Polşada Varşava və Lublin şəhərləri arasındakı dəmir yolu xəttində partlayış baş verib. Polşanın müdafiə naziri hadisəyə görə Rusiyanı ittiham edib.

Safura Bənnayeva
Globalinfo.az