26 ilde yapilan cumhurbaskanligi secimi anketi 19252909 5531 amp

***14.11.2025 13:43

Türkiyədə seçicilərin prezidentlik üçün ən çox üstünlük verdiyi şəxs Rəcəb Tayyib Ərdoğan olub. O, ümumi səsin 36,2 faizini toplayıb.

Globalinfo.az xəbər verir ki, bu nəticələr ASAL araşdırma xidmətinin noyabr sorğusunda əks olunub.

Xəbəri videodan da izləyə bilərsiniz:

İkinci sırada Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş (22%), üçüncü sırada isə İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdəki sədri Əkrəm İmamoğlu (20,4%) qərarlaşıb.

Digər namizədlərin yığdığı səs faizi belədir:

Sorğu 1–9 noyabr 2025 tarixlərində, 26 şəhərdə 18 yaşdan yuxarı 2015 seçici arasında CATI (kompüter dəstəkli telefon sorğusu) metodu ilə aparılıb. Araşdırmanın 95 faiz etibarlılıq səviyyəsi, 2,5 faiz səhv payı olduğu bildirilib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: