dd8725ab3d rusiya ukrayna muharibesi dunya siyasetinde muhum meseledir 900x506 1

“Böyük Yeddilik” (G7) Ukrayna ilə bağlı bəyanatında cəbhə xətti üzrə müharibənin dayandırılmasına çağırıb”.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz dərhal atəşkəsin təmin edilməsinin zəruriliyini bir daha təsdiqlədik. Hazırkı təmas xəttinin danışıqlar üçün başlanğıc nöqtəsi olmasına razılaşdıq. Biz beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipinə sadiq qalırıq”, – bəyanatda qeyd olunur.

Bundan əlavə, G7 ölkələri Rusiya üçün iqtisadi xərclərin artırılması barədə razılığa gəliblər.

Həmçinin, Rusiyaya məxsus aktivlərin Ukraynanın xeyrinə istifadəsi məsələsini müzakirə etməyə davam etmək barədə də razılıq əldə olunub.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: