Daha 15 nəfər yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 828 210 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 965 nəfər müalicə olunaraq sağalıb, 10 098 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir.

Ölkədə son sutka ərzində 1147, hazırkı dövrədək isə 7 504 181 test aparılıb.

Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub