pasinyan yeni 78 900x506 1

Qazaxıstan hakimiyyəti Nikol Paşinyana yüksək mükafat verəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Əldə etdiyimiz məlumata görə, noyabrın 8-də Qazaxıstan hakimiyyəti Nikol Paşinyana yüksək mükafat vermək qərarına gəlib. Bu, çox güman ki, Qazaxıstanın əcnəbilərə verilən və “Altın Kiran” (Qızıl Qartal) ordeni adlanan ən yüksək dövlət mükafatı olacaq.

“Qazaxıstan Respublikasına müstəsna xidmətlərinə görə” verilir. Soruşacaqsınız ki, Paşinyan Qazaxıstana hansı müstəsna xidmətləri göstərib? Belə çıxır ki, göstərib: bütün türk dünyasının birləşməsinə töhfə verib, Türkiyədən Orta Asiyaya maneəsiz əlaqə yaratmaq üçün Zəngəzur dəhlizinin açılmasına razılaşıb”, – nəşr qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: