ermeni ordusu 1312

“Ordumuzu böyük sürətlə inkişaf etdirir, əsaslandığı konsepsiyanı təkmilləşdiririk”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentində 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan deyib.

“Biz deyirik ki, Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda hər hansı məsələni həll etmək kimi bir vəzifəsi yoxdur”, – o bildirib.

Paşinyan həmçinin gündəlik danışıqda “döyüş qabiliyyətli ordu” ifadəsini “müdafiə qabiliyyətli ordu” anlayışı ilə əvəzləməyi zəruri hesab etdiyini deyib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: