WhatsApp Image 2025 10 22 at 10.36.48

“Nikol Paşinyan davamlı olaraq müxalifəti “döyüşə çağırır”. Məncə, bu davranışın səbəbi aydındır. O, daim qalib gəlmək, müxalifəti məğlub etmək istəyir. İstəyir, amma bacarmır. Çünki müxalifət bu “döyüşə” çıxmır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Hrant Melik-Şahnazaryan deyib.

“Mən düşünürəm ki, müxalifət bu bazar günü də meydana çıxmayacaq. Halbuki bu dəfə iştirak etməyə dəyər. Bu bazar həm Paşinyan, həm müxalifət, həm kilsə, həm də bütün xalq üçün dönüş nöqtəsi olacaq”, – deyə o bildirib.

Şahnazaryan qeyd edib ki, Ohanavank monastırı kilsənin müdafiəsində strateji əhəmiyyət daşıyır. Əgər bu “mövqe” hökumət tərəfindən ələ keçirilərsə, kilsəyə və Ali ruhani rəhbərə qarşı aparılan kampaniyanın böyük hissəsi uğurlu hesab oluna bilər.

Analitik vurğulayıb ki, növbəti döyüş – siyasi mübarizə “Şuşa yaxınlığında” – daha dərin və simvolik anlam daşıyan bir məkanda baş verəcək.

“Mübarizənin sonrakı mərhələsi noyabrın 9-da başlayaq”, – deyə o fikrini tamamlayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: