bogulma vakalarinda ilk yardim nasil yapilmali 94952 b

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş: