skynews trump erdogan summit 4797756

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın oğlu ilə gizli görüş keçirməsi iddialarına cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ərdoğan CHP lideri Özgür Özəlin “Ərdoğan ABŞ Prezidenti Donald Trampın oğlu ilə gizli görüş keçirdi” iddialarını belə cavablandırıb:

“Özgür Özəl razılaşma zamanı yanımızda idi? Kar insana hörmətsizlik etmək istəmərəm, amma kar eşitməz, uydurar. Bu adam da dayanmadan belə uydurmalarla çıxış edir. Partiyamızın sözçüsü artıq buna lazımi cavabı ən gözəl şəkildə verdi. Biz də ilk fürsətdə bu məsələyə daha geniş cavab verəcəyik.

Biz təyyarə alqı-satqılarını bu günə qədər Özgür Özəldən soruşaraq etməmişik, bundan sonra da etməyəcəyik. Onsuz da bu işlərdən nə anlayır ki? Onun səviyyəsində deyil. Dolayısı ilə biz cənab Trampla Türkiyə–Amerika arasında hansısa bir alış-veriş aparacaq olsaq, bunu onun oğlu ilə etməyə ehtiyac yoxdur. Trampın özü ilə edərik”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: