İtaliyanın Baş naziri Corciya Meloninin, eləcə də ölkənin bir sıra qadın deputatları, siyasətçiləri və məşhur jurnalistlərinin fotoları porno saytlarda yayımlanıb.
Globalinfo.az xəbər verir ki, qadınların fotolarının montaj proqramları ilə açıq-saçıq hala salınaraq sayta yerləşdirildiyi bildirilir.
Məlumata görə, İtaliya Baş Prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb və nəticədə 700 mindən çox abunəçisi olan sayt bağlanıb. Daha sonra həmin sayta kişilərin öz sevgililəri və həyat yoldaşlarının fotolarını satdığı ortaya çıxıb.
Yüzlərlə qadının məsələ ilə bağlı polisə şikayət etdiyi və nəticədə istintaq başladıldığı bildirilir.
Meloni mətbuata son açıqlamasında hadisəyə görə qəzəbləndiyini deyib:
“Baş verənlərdən iyrənirəm. Mən incidilmiş, təhqir edilmiş və hüququ pozulmuş bütün qadınlara həmrəyliyimi və dəstəyimi çatdırmaq istəyirəm”.
Əliyar Xəlil
Globalinfo.az