61 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 61 yaşlı kişinin meyiti aşkarlanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə “Kotec” yaşayış massivində qeydə alınıb.

Şəhər sakini, 1963-cü il təvəllüdlü Əlixan Ələmdar oğlu Baxşəliyevin üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.